Yayımlanma tarixi: 2025-02-12
Avrora Qrup “Prodexpo 2025” Beynalxalq Qida sərgisində iştirak edib
Avrora Qrup ixrac imkanlarını genişləndirmək üçün Moskvada dünyanın ən böyük qida sərgilərindən biri “Prodexpo 2025” sərgisində iştirak edib.
Sərgi zamanı “Avrora Qrup”un əsas brendləri “Doymak”, “Kreki”, “Harika”, “Tanelli”, “Berg”, “Sladena”, “OK”, həmçinin “İstisu” və s. müştərilərə və tərəfdaşlara təqdim edilmişdir. Avrora Qrup bu böyük qida sərgisi platformasında müxtəlif ölkələrdən olan partnyorları ilə görüşmüş və yeni layihələri müzakirə etmişdir. “Prodexpo 2025” sərgisində 36 ölkədən gələn 1835 sərgi iştirakçısı iştirak edib.
Sərgi 3-7 fevral tarixlərində baş tutub.
Bənzər xəbərlər
Hamısına bax
2022-01-26