Avrora Qrup “MacroFrontiers 2025: Beynəlxalq Elmi Konfrans”da iştirak edib!
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 105 illik yubileyi münasibətilə “MacroFrontiers 2025: Makromolekullu Birləşmələr üzrə 3-cü Beynəlxalq Elmi Konfrans” təşkil olunub.
Konfransın əsas məqsədi makromolekullar sahəsində aparılan ən son elmi-tədqiqat işlərinin müzakirəsi, beynəlxalq elmi əməkdaşlıqların genişləndirilməsi və bu sahədə mövcud çağırışların diqqətə çatdırılması olub.
Konfransda “Avrora Qrup”un stendi iştirakçıların xüsusi marağına səbəb olub. Şirkət nümayəndələri ziyarətçilərə geniş məhsul portfeli, ekoloji dayanıqlılıq prinsiplərinə əsaslanan istehsal strategiyaları və sənaye sahəsindəki innovativ yanaşmaları barədə ətraflı təqdimat ediblər. Bu iştirak, həmçinin “Avrora Qrup”un elmi ictimaiyyətlə əməkdaşlığa açıq olduğunu və bilik mübadiləsinə verdiyi önəmi bir daha nümayiş etdirib.
Qeyd edək ki, konfransda Azərbaycanın müxtəlif ali təhsil müəssisələri və elmi institutları ilə yanaşı, bir sıra xarici ölkələrdən də nüfuzlu universitetlərin nümayəndələri iştirak ediblər.
Bənzər xəbərlər
Hamısına bax
2022-01-26