Yayımlanma tarixi: 2026-02-14
Avrora Qrup Moskvada “Prodexpo-2026” sərgisində iştirak edib

Avrora Qrup sərgidə öz stendi ilə çıxış edərək istehsal etdiyi “Harika”, “Tanelli”, “Sladena”, “Berg”, “Kreki” və digər məhsullarını müxtəlif ölkələrdən gələn ziyarətçilərə təqdim edib. Ziyarətçilər məhsullarla yaxından tanış olmaq, dadım sessiyalarında iştirak etmək və brendlər haqqında ətraflı məlumat almaq imkanı əldə ediblər.

Sərgi çərçivəsində Avrora Qrup nümayəndələri müxtəlif ölkələrin distribyutor və istehsalçı şirkətləri ilə görüşlər keçirərək yeni əməkdaşlıq və partnyorluq imkanlarını müzakirə ediblər.

Qeyd edək ki, Prodexpo Rusiyada hər il keçirilən və yeni ticarət nişanlarının, brendlərin, innovativ qida məhsullarının təqdim olunduğu ən böyük ərzaq sərgilərindən biridir. Bu il sərgidə 35-dən çox ölkədən təxminən 70 000 ziyarətçi və 2000-ə yaxın iştirakçı şirkət yer alıb.

Xəbəri paylaşın:
Bənzər xəbərlər
Hamısına bax

2024-08-19

Avrora Qrup III Futbol Çempionatının qalibi məlum olub

2024-08-27

Jurnalistlər arasında Zəfər kuboku keçirilib

2022-01-26

Avrora Qrup ən son avadanlıqlarla təchiz edilmiş laboratoriyasının açılışını edib