“Avrora Qrup” distributor şirkəti kimi fəaliyyətinin əsası 1 noyabr 1993-cü ildə qoyulmuşdur. Şirkət fəaliyyətinə yerli və xarici fabriklərin istehsal etdiyi məhsulların ölkəmizdə dağıtımını həyata keçirməklə başlamışdır.
“Avrora Qrup” hal-hazırda qida sektorunda ölkəmizin ən aparıcı distributor, istehsalçı və pərakəndə bazarında marketlər şəbəkəsi olan şirkətlərindən biridir.
Şirkət distributor fəaliyyətini daha peşəkar və davamlı həyata keçirmək üçün mərkəzi ofisi Bakıda olmaqla Gəncə, Lənkəran, Bərdə, Quba, Göyçay, Şəki və Saatlıda filialları fəaliyyət göstərir. “Avrora Qrup”un ümumi sahəsi 39000 kv/m olan logistika mərkəzi vardır. “Avrora Qrup” distribüter şirkəti olaraq hal-hazırda 12000-dən çox ticarət nöqtəsinə 1000-dən çox məhsul çeşidinin satışını həyata keçirir.
2001-ci ildə “Avrora Qrup” fəaliyyət istiqamətlərini genişləndirərək bazarda həm də istehsalçı şirkət kimi tanınmağa başlamışdır. Şirkətin istehsalat sahələrini özündə birləşdirən Avrora Sənaye Parkında Makaron fabriki, Qənnadı fabriki, Qazlı və qazsız içkilər fabriki, Karbon Dioksid fabriki, Un istehsalı fabriki vardır. Fabriklərdə Avstriyanın “Buhler”, “Franz Haas”, İtaliyanın “İmaforni”, “CFT”, “Fava”, “Ricciarelli”, “Landucci”, Almaniyanın “Krones” və digər avadanlıqlar quraşdırılmışdır. Bu fabriklər İSO 22000:2018 Qida Təhlükəsizliyi İdarəetmə Sistemi və İSO 9001:2015 Keyfiyyətin İdarəedilməsi Sistemi əsasında fəaliyyət göstərir. Avrora Qrup tərəfindən Qida Təhlükəsizliyinin təmin edilməsi üçün hazırlanmış AVR QTS-01 Qida Təhlükəsizliyi Siyasəti sənədi bütün istehsal sahələrinə şamil edilir. Qeyd olunan fabriklərdə Doymak, Harika, Günaydın, Tanelli markalı makaronlar, Doymak, Harika və Günaydın markalı unlar, Bizon, Berg Glucose qazlı vitaminləşdirilmiş içkilər, Berg Tea sərinləşdirici çaylar, Harika qazozları, Berg Turbo qazlı içkisi, Go və Shot vodka adı altında spirtli kokteyllər, Çinarlı süfrə suyu, Kreki krekerləri, Sladena və Barovski peçenyeləri, Sladok vafliləri, OK brend adı altında müxtəlif kekslər və digər brendlər istehsal olunur.
“Avrora Qrup” ixrac imkanlarını genişləndirərək Azərbaycan iqtisadiyyatına da öz töhfəsini verməkdədir. Şirkət istehsal etdiyi məhsulları Qazaxıstan, Qırğızıstan, Özbəkistan, İraq, Türkmənistan, Gürcüstan, Liviya, İsrail və digər ölkələrə ixrac edir.
Qeyd edək ki, 2023-cü ildə Avrora Qrup yenidən pərakəndə bazarına yeni nəfəs gətirmiş və Tamstore Marketlər Şəbəkəsinin əsasını qoymuşdur. Marketlər şəbəkəsi Bakı və Sumqayıtla yanaşı Azərbaycanın müxtəlif regionlarında fəaliyyət göstərir.
- 1993
- 2001
- 2002
- 2003
- 2014
- 2021
- 2023
- 2024
İlk topdan satış mərkəzi fəaliyyətə başlayıb. Şirkət yerli və xarici fabriklərin istehsal etdiyi məhsulların ölkəmizdə topdan satışını həyata keçirmişdir. Paralel olaraq yeni istiqamətlər və məqsədlər müəyyənləşdirilmişdir
Statistikamız
-
4000
ƏMƏKDAŞ SAYI
-
6
İSTEHSALAT SAHƏSİ
-
800
BREND SAYI