"Avrora"da ixrac
Avrora Qrup 2017-ci ildən etibarən daha geniş formada ixrac prosesinə başlamışdır. Hal-hazırda 22 ölkəyə yerli istehsal məhsulları “Made in Azerbaijan” brendi ilə ixrac olunur. Məhsullarımız Kanada, Almaniya, İsrail, Çin, Rusiya, Gürcüstan, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, İordaniya və başqa ölkələrin yerli şəbəkələrində istehlakçılara təqdim olunur. Həmçinin qlobal markaların məhsulları fabrik və zavodlarımızda istehsal olunduqdan sonra xarici ölkələrə ixrac olunur. Avrora Qrup “Moscow Prodexpo”, “Anuqa”, “Sial Paris”, “World Food Istanbul”, “Food Africa”, “Gulfood Dubai” kimi qida sərgilərinin iştirakçı üzvüdür.
İxrac istiqaməti üzrə OU Kosher, Landau, Badatz Kosher kimi əhəmiyyətli sertifikatlara sahibdir. Bundan əlavə İSO 22000, İSO 9001, İSO 17025 kimi qida keyfiyyət sertikatlarını əldə etmişdir.


