İSTEHSALAT
"Avrora Qrup"un əsas üstünlüklərindən biri yerli və beynəlxalq standartların ən yüksək tələblərinə cavab verən istehsal sahəsi qurmasıdır. Bütün istehsal xətləri Abşeron yarımadasında – Avrora Sənaye Parkında yerləşir. Bu istehsal olunan məhsulların ölkənin bütün nöqtələrinə çatdırılması və logistika proseslərinin maksimal effektli olmasını təmin edir. Məhsulların keyfiyyətini istehsalda dünyanın aparıcı texnologiyaların istifadəsi təmin edir. Sənaye Mərkəzində fəaliyyət göstərən zavodlarda İsveçrənin “Buhler”, İtaliyanın “İmaforni”, “CFT” avadanlıqları qurulmuşdur. Bundan başqa makaron fabrikində İtaliyanın "Favo", vafli zavodunda Avstriyanın “Frans Haaz” şirkətinə məxsus avadanlıqlar qurulmuşdur.
Biz yalnız yeni texnologiyalardan istifadə edirik və istehsal proseslərini daim təkmilləşdirərək məhsullarımızın mükəmməllikliyini təmin edirik. Həm son məhsul, həm də istehsal proseslərinin keyfiyyət nəzarəti dəqiqliklə həyata keçirilir.
-
Makaron istehsalı
2002-ci ildə Avrora Qrup ən müasir makaron fabrikinin inşasını başa çatdırmışdır. İstehsalın başlaması ilə xalqımız milli brendimiz - Doymak ilə tanış oldu və tez bir zamanda məhsul hər kəsin sevimlisinə çevrildi. Hal hazırda makaron fabrikinin aylıq istehsal gücü 3200 tondur. Əhalinin tələbatını nəzərə alaraq Avrora Qrup 2019-cu ildə yeni makaron fabrikinin tikintisinə start verdi. Bu fabrikdə ən müasir avadanlıqlar quraşdırıldı. 2021-ci ildə isə fabrik tam gücü ilə istehsalata başladı. Fabrikdə Doymak brendi ilə yanaşı Günaydın, Tanelli və Harika brendləri istehsal olunur. Fabrik 11 fərqli çeşiddə qısadoğranmış makaron və 2 çeşiddə spaqetti istehsal etmək gücünə malikdir.
-
Biskvit istehsalı
2002-ci ilin sonlarında Avrora Qrupun biskvit fabriki də fəaliyyətə başlamışdır. Bu fabrikdə istehsal üçün ən müasir texnoloji avadanlıq olan İtalyanın İmafoni xətti quraşdırılmışdır. Aylıq istehsal gücü 800 ton olan Fabrikdə kreker və vafli xətti də var. Alıcıların sevimli brendi olan Kreki, Sladyaona, Sladok, Naş maloçnik kimi brendlər bu fabrikdə istehsal olunur.
-
Un istehsalı
Avrora Qrup 2017-cı ildə Qafqazın Ən böyük və ən müasir dəyirman kompleksini ölkəmizə gətirərərk istismara vermişdir. Bu kompleksdə Avstriyanın Buhler avadanlıqları quraşdırılıb. Bu kompleks yeni makaron zavodu və biskvit zavodu üçün un istehsal etməklə yanaşı, digər partnyor şirkətlərin istehsal müəssisələrini xammalla təmin edir. Dəyirmanın aylıq un istehsal gücü 6500 tondur. Zavodda əhalinin tələbatını ödəmək üçün 1, 2 və 5 kiloluq Doymak adı ilə paketlənmiş un istehsal olunur.
-
Karbon Qazı istehsalı
“Avrora Qrup” 2020-ci ildə Türkiyənin “KGS” firmasının ən müasir karbon istehsalı avadanlıqlarını ölkəmizə gətirərərk 2021 -ci ildə istismara vermişdir. Karbon Fabrikində “Alfa Laval”, “KGS”, “Johnson Control” firmasının avadanlıqları quraşdırılıb. Karbon Fabriki həm İçkilər Fabrikini xammalla təmin edir həm də satış üçün karbon istehsalını həyata keçirir. Karbon Fabriki “Bizon”, “Berg”, “Yaguar”, “Bingo”, “Stolichnaya”, “Strong”, “ Go Gold”, “Go Silver”, “Jara”, “CarlsBerg”, “NZS”, “TAC MMC”, “A+Co” kimi brendləri CO2 qazı ilə təmin edir.
-
Qazlı sərinləşdirici içki istehsalı
Avrora Qrup eyni zamanda qazlı içki bazarında da istehsalçı
kimi tanınır. Şirkət 2014-cü ildə yeni istehsal sahəsini -
qazlı sərinləşdirici içki istehsal edən zavodu istismara
verdi. Bu zavod İtalyanın CFT avadanlıqları əsasında qurulub.
Zavodun istismara başlaması ilə Avrora Qrup Bizon, Berg,
Jaquar, Go brendləri ilə ölkəmizdə qazlı içki bazarında ön
sıralara gəldi. Bu zavodda həmçinin Çinarlı süfrə suyu brendi
də istehsal olunur.avadanlıqları əsasında qurulub. Zavodun
istismara başlaması ilə Avrora Qrup Bizon, Berg, Jaquar, Go
brendləri ilə ölkəmizdə qazlı içki bazarında ön sıralara
gəldi. Bu zavodda həmçinin Çinarlı süfrə suyu brendi də
istehsal olunur.
-
Polietilen istehsalı
"AVRORA MMC"-nin "AVRO PACK" polietilen fabriki fəaliyyətə başlamışdır. Fabrikdə müxtəlif növ polietilen məhsullar istehsal edilir. Polietilen fabriki Çin və Türkiyənin ən qabaqcıl, müasir avadanlıqları ilə təchiz edilmişdir.
Fabrikdə "Shrink Mono", "ABA", təkrar emal, kəsim, mətbəə avadanlıqları vasitəsi ilə müxtəlif növ və ölçülərdə, qalınlıq və rənglərdə olan polietilen məhsullarının istehsalına nail olmaq mümkündür. Həmçinin streç avadanlığı vasitəsilə sifarişçilərin istək və tələblərinə uyğun müxtəlif ölçü və çəkilərdə əl və avtomat tipli streçlər istehsal edilir.
Ümumilikdə fabrikdə termosellofan, körüklü və körüksüz polietilen kisələr, müxtəlif kəsim və dizaynda polietilen paketlər, streçlər, istixana örtükləri istehsal olunur.
Əsas və köməkçi istehsalat sahələri, həmçinin anbarlardan ibarət olan fabrikin aylıq istehsal həcmi 400 tondan artıqdır. "Avro Pack" polietilen fabrikində istehsal olunmuş məhsullar hazır məhsul anbarlarında toplanaraq müştərilərə çatdırılır.