Pərakəndə

TAMSTORE Marketlər Şəbəkəsi

Azərbaycan bazarında istehsalçı və distribüter şirkət kimi tanınan Avrora Qrup 8 noyabr 2023-cü ildən etibarən “Tamstore” marketlər şəbəkəsi ilə pərakəndə bazarına daxil olub.

Hal-hazırda “Tamstore” marketlər şəbəkəsi Bakı və Sumqayıtla yanaşı Azərbaycanın bir çox bölgəsində müştərilərə xidmət göstərir.

“Tamstore” marketlər şəbəkəsi tam uyğun qiymət, tam təzə məhsul, tam xidmət və tam keyfiyyət fəlsəfəsi ilə 24 saat müştərilərin xidmətindədir. Marketlər şəbəkəsi 2024-cü ildə Bakı şəhəri və Azərbaycanın digər rayonlarında 60-a qədər marketin açılışını edib. Marketlər şəbəkəsi üç - “Mini”, “City” və “Super” formatlarında fəaliyyət göstərir. 

  

Keçid üçün klik edin